Çatdırılma, dəyişdirilmə və qaytarılma şərtləri
Hazırki “Çatdırılma, dəyişdirilmə və qaytarılma şərtləri” tərəflər arasında alış-veriş zamanı əsas razılaşma hesab olunur.
1. Çatdırılma şərtləri:
1.1 Çatdırılma bütün metrolara ödənişsizdir.
1.2 Məhsullar 14-25 gün ərzində sifarişçiyə təhvil verilir.
1.3 Fors major halı səbəbindən məhsulun gecikməsi baş verdikdə bu zaman məhsulun çatdırılma müddəti barədə sifarişçiyə məlumat verilir. Bu zaman sifariş sifarişçi tərəfindən ləğv oluna bilməz.
1.4 Çatdırılma həftənin 5 günü, 11:00-dan 17:00-a qədər edilir.
1.5 Çatdırılma zamanı müştəri poçt, kuryer və ya daşınma ödənişi edir. Metrolara çatdırılma zamanı bu ödəniş edilmir.
2. Dəyişdirilmə şərtləri:
3.1 Alıcıya göndərilən məhsulun ölçüsü sifariş edilən göstəricidən fərqli, yəni kiçik və ya böyük olduqda məhsul digər ölçü ilə əvəz edilir.
3.2 Alıcı sifariş etdiyi məhsulu yalnız ilk (!) sifariş etdiyi məhsul ilə dəyişdirə bilər.
3.3 Məhsulun ölçüsündə problem yarandığı təqdirdə məhsul əvvəlcə alıcıdan baxış üçün təhvil alınır, 14-25 gün sonra alıcıya yeni ölçü təhvil verilir.
Qeyd 1: Boots.az alıcıya bir dəfə ölçü dəyişimi imkanı tanıyır. Bir dəfədən artıq ölçü dəyişdirilməsi edilə bilməz. Bir dəyişdirilmədən sonra da ölçü problemi yaşandığı təqdirdə mağaza heç bir məsuliyyət daşımır.
Qeyd 2: Boots.az dəyişdirilmə və qaytarılma hallarında saatı özü təyin etmə hüququna malikdir.
3. Qaytarılma şərtləri:
1.1 Sifariş alıcıya çatdırıldıqda yerindəcə (!) məhsulda hər-hansı bir nöqsan aşkar edilərsə, məhsul geri qaytarıla bilər.
1.2 Alıcıya vizual olaraq təqdim olunan məhsulla, ona təhvil verilən məhsul arasında görünüş fərqi olarsa, məhsul geri qaytarıla bilər.
Qaytarılmanın mümkün olmadığı hallar aşağıdakılardır:
2.2.1 Məhsul istifadə edildikdə geri qaytarıla bilməz.
2.2.2 Şəkil ilə alıcıya göndərilən məhsul arasında görüntü fərqi olmadığı təqdirdə, alıcı məhsulun ona yaraşmadığını, məhsulu bədəninə yaraşmadığını, bəyənmədiyini iddia edərək, məhsulu geri qaytara bilməz.
2.2.3 Məhsul haqqında öncədən operatorlarımızdan istədiyi məlumatları almadığı təqdirdə, göndərilən məhsulun onun istədiyi kimi olmadığını iddia edərək qaytarılma edilə bilməz. Məsələn, məhsul qalındır, nazikdir, rezinlidir, rezinsizdir, üstü yazılıdır, yazısızdır və s. Bu sualların öncədən operatorlarımıza ünvanlanması xahiş edilir.
2.2.4 Məhsulun ölçüsü böyük və ya kiçik olduğu üçün qaytarılma edilə bilməz. Dəyişdirilmə edilə bilər. Böyük geyinməyi sevən və ya dar geyinməyi sevən alıcı, bu haqda öncədən operatorlarımıza bildirməlidir.
2.2.5 Məhsulun ölçüsünün dəyişdirilməsi 14-25 gün çəkə bilir. Alıcı müddəti iddia edərək qaytarılma edə bilməz.
2.2.6 Məhsulun geri qaytarılması 1-3 gün çəkə bilir.
2.2.7 Məhsul koli(lər) olaraq (6 cüt ayaqqabı) alıcıya təqdim olunubsa, məhsuldan hər hansında birində nöqsan varsa, alıcı yalnız nöqsan olan məhsulu geri qaytara və ya dəyişdirə bilər. Dəst şəkilində qaytarılma edə bilməz.
2.2.8 Alıcı məhsulda hər hansı bir nöqsanın olduğunu iddia edərək, sonradan qaytarılma tələb edə bilməz. Bu halda alıcı məhsulu dəyişdirmə hüququna malikdir.
2.2.9 Məhsul alıcıya təhvil verildiyi qaydada, üzərində etiketi olmadan qaytarıla və dəyişdirilə bilməz.
2.2.10 Təmizlənmə təlimatlarına əməl edilmədiyi üçün məhsulda problem yaranarsa, müştəri qaytarılma və dəyişdirilmə edə bilməz.
2.2.11 Məhsul üzərində özəlləşdirilmə ilə sifariş edilibsə, yəni, özəl olaraq ad, nömrə, loqo, başqa yazı və s. olaraq hazırlanılıbsa, məhsulda qüsur olmadığı halda qaytarılma edə bilməz.
Ümumiyyətlə, qaytarılma edilərsə, məhsulların yeni, geyinilməmiş, məhsul paketlərində və etiketi üzərində olaraq təqdim edilməlidir.
Qeyd: Məhsulların şəkilləri çəkilən zaman istifadə olunan işıq məhsulun rənglərində bəzən azacıq ton fərqi yarada bilir!
Alıcıya məhsulun təhvil verildiyi gün də daxil olmaqla yalnız 14 gün ərzində dəyişdirilmə və qaytarılma edilə bilər.