AG, TF, FG, SG, MG yoxsa IC? Necə bilək?

Futbol ayaqqabılarının tarixinə baxdıqda onların ilk vaxtlarda təbii ot üçün istehsal edildiyini görə bilərik. Vaxt keçdikcə taxta və daha sonra süni örtüklü stadionlar istifadəyə verildiyinə görə, futbol butsiləri də örtüyə uyğun istehsal edilməyə başlanıldı. İstər peşəkar, istərsə də həvəskar, hər kəs bu məlumatları dəqiq əldə etsə, stadiona uyğun əldə etdiyi futbol ayaqqqabısı ilə daha yaxşı performans göstərə biləcək.

Baş hərflərinin bu qədər fərqli olması sizi heç yormasın. Hamısının çox sadə izahı var.
İngilis dilindən tərcümə olaraq beynəlxalq futbol bazarına daxil olan bu qısaltmaların açılışına baxaq.

AG – Artificial Ground(süni ot) – bu tip altlıqdı futbol ayaqqabısı ilə siz süni örtüklü meydanlarda rahatlıqla oynaya bilərsiniz.

FG – Firm Ground(təbii ot) – bu tip futbol butsiləri klassik olaraq bilinən altlığa malikdir.

IC – Indoor competition(futzal) – taxta(parket) və ya yeni növ rezin stadion örtüyü kimi bilinən stadionlar üçün uyğundur.